AQTA-nın sertifikatı heyvan sağlamlığı göstəricilərinə uyğunluğunu da təsdiq edəcək

Siyasət


Nazirlər Kabineti 4 dekabr 2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət baytarlıq nəzarəti obyektlərinin baytarlıq (baytarlıq-sanitariya) ekspertizasının aparılması Qaydaları”nda dəyişiklik edib.

“Report” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) verdiyi sağlamlıq sertifikatı qida məhsulunun qida təhlükəsizliyi göstəriciləri ilə yanaşı, heyvan mənşəli məhsullar üçün heyvan sağlamlığı göstəricilərinə uyğunluğunu da təsdiq edəcək.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir