KOBİA yanında daimi fəaliyyət göstərəcək Koordinasiya Qrupu yaradılıb

Siyasət


Nazirlər Kabineti İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun yaradılması barədə qərar qəbul edib.

“Report” xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Hökumət başçısının digər qərarı ilə Koordinasiya Qrupunun tərkibi, səlahiyyətləri və fəaliyyəti ilə bağlı məsələlər haqqında Əsasnamə təsdiqlənib.

Prezident İlham Əliyevin 26 iyun 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”na uyğun olaraq kiçik və orta biznes evlərində xidmətlər göstərən dövlət orqanları (qurumları) Koordinasiya Qrupunun tərkibinin formalaşdırılması ilə əlaqədar Koordinasiya Qrupunda onları təmsil edəcək şəxslər barədə müvafiq məlumatları KOBİA-ya təqdim etməlidirlər.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir