MSK sədri siyasi partiyaların təmsilçiləri barədə danışdı

Siyasət

“Komissiyaların səlahiyyət müddəti beş ildir. Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclis tərəfindən formalaşdırıldıqdan sonra Dairə Seçki Komissiyaları (DSK) formalaşdırılmalıdır”.

Oxu.Az-ın məlumatına görə, bunu MSK-nın sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

O bildirib ki, DSK-ları formalaşdırmaq MSK-nın müstəsna səlahiyyətidir: “Çalışmaq lazımdır ki, siyasi partiyaların təmsilçiləri seçki komissiyalarda üstünlük təşkil etsin. Demokratik ölkələr var ki, bizdəki qədər partiya yoxdur. Partiyalar çalışmalıdır ki, onları insanlar tanısınlar”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir