Məzahir Pənahov Müstəqil Media Mərkəzinə baxış keçirdi

Siyasət


Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov prezident seçkisi ilə əlaqədar fəaliyyətə başlayan quruma – “Seçki-2024” Müstəqil Media Mərkəzinə baxış keçirib.

Oxu.Az-ın məlumatına əsasən, MSK sədri yaradılmış şəraitlə yaxından tanış olub. 

O, yerli və beynəlxalq media nümayəndələrinin növbədənkənar prezident seçkisi ilə bağlı sərbəst və asan məlumat əldə etmələrinin, seçki prosesinin digər iştirakçılarına da daha effektiv və keyfiyyətli xidmət göstərilməsinin zəruriliyini vurğulayıb və bu barədə öz tövsiyələrini verib.

Müstəqil Media Mərkəzinin yaradılmasında başlıca məqsəd seçkilərdə aşkarlığın və şəffaflığın yüksək səviyyədə təmin edilməsində mühüm rolu olan yerli və beynəlxalq media nümayəndələrinə daha geniş imkanlar təmin etməkdir. 

Mərkəz seçkini hərtərəfli, operativ və obyektiv işıqlandırmaqda, habelə məlumatları almaqda və dərhal ictimailəşdirməkdə onlara yardımçı olacaq. 

Media nümayəndələri müasir informasiya-kommunikasiya texnologiyaları və zəruri texniki avadanlıqlarla tam təchiz olunan Mərkəzdəki kompüterlər, telefon və faks aparatlarından, o cümlədən ödənişsiz internetdən sərbəst istifadə edə bilərlər.

Müstəqil Media Mərkəzinin internet səhifəsi (www.secki-2024.az) Azərbaycan, ingilis və rus dillərində müntəzəm olaraq seçkilərə dair ən son məlumatları təqdim edir. Seçki prosesi ilə bağlı müxtəlif məsələlər barədə səlahiyyətli şəxslərin və ekspertlərin rəyləri, habelə açıqlama və bəyanatlar dərhal ictimailəşdirilir, foto və video görüntülər yayılır.

Qeyd edək ki, 2024-cü ilin fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisində 7 namizəd mübarizə aparacaq.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir