MSK-da partiyaların namizədləri irəli sürülüb – RƏSMİ

Siyasət

“Artıq DSK-ların tərkibində dəyişiklik olunmasının vaxtı çatıb. Milli Məclisdə çoxluq təşkil edən partiyanın (YAP) nümayəndələri geniş işlər aparıblar”.

Oxu.Az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini, Milli Məclisdə çoxluq təşkil edən partiyanın (YAP) nümayəndəsi Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, seçkilərin keçirilməsi üçün ən ümdə məsələlərdən biri də üzvlərin peşəkarlığıdır:

“Bu məsələ həmişə diqqət mərkəzində saxlanılıb. MSK-da Milli Məclisdə çoxluq təşkil edən partiyanın (YAP) altı nümayəndəsi tərəfindən təqdimat imzalanıb. Siyahıda təqdim edilən 375 namizədin məlumatı var”.

MSK katibi Arifə Muxtarova isə bildirib ki, heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclisin deputatlarını MSK-da təmsil edən komissiya üzvləri tərəfindən 375 nəfərin DSK üzvlüyünə namizədliyi irəli sürülüb.

MSK katibi Mikayıl Rəhimov bildirib ki, deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları MSK-da təmsil edən komissiya üzvləri tərəfindən 375 nəfərin DSK üzvlüyünə namizədliyi irəli sürülüb.

Onun sözlərinə görə, parlamentdə təmsil olunan 10 siyasi partiyanın nümayəndələri ilə müzakirə aparılıb və bütün siyasi partiyalardan namizədlər irəli sürülüb.

Namizədlərin siyahısı səsverməyə çıxarılaraq qəbul edilib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir