Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda günahsız, dinc əhalinin qətliamına göstəriş verən keçmiş SSRİ lideri Mixail Qorbaçovun bir neçə ay sonra, 1990-cı ildə Nobel Sülh Mükafatına layiq görülməsinə diqqət çəkib.
O, bu barədə “X” hesabında paylaşım edib.
“Qırmızı qərənfillər Qara 20 Yanvarın, Azərbaycan xalqının müqavimətinin və müstəqillik arzusunun simvolu oldu. Qəribədir ki, Bakıda günahsız, dinc əhalinin qətliamına göstəriş verən keçmiş SSRİ lideri Mixail Qorbaçov bir neçə ay sonra, 1990-cı ildə Nobel Sülh Mükafatına layiq görülüb”, – H.Hacıyev qeyd edib.
Red Carnations became the symbol of Black January 20th, resistance and aspiration for independence of Azerbaijani people.
Ironically, former USSR leader Mikail Gorbachov, who ordered a massacre of innocent civilians in Baku, was awarded with the Nobel Peace Prize a couple of… pic.twitter.com/kwoBvwVShW
— Hikmet Hajiyev (@HikmetHajiyev) January 20, 2024
www.RIA24.az