Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov Rumıniyanın Prezidenti Klaus İohannisə etimadnaməsini təqdim edib.
Bu barədə Azərbaycanın Rumıniyadakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, Klaus İohannis Azərbaycan Respublikasının səfiri ilə söhbətində yüksəksəviyyəli görüşlərdə əksini tapan ikitərəfli strateji tərəfdaşlıq əlaqələrini alqışlayıb.
Rumıniya prezidenti iki ölkə arasında mövcud yüksək potensiala əsaslanan həm siyasi, həm də iqtisadi, xüsusən enerji sahəsində, həmçinin nəqliyyat, təhsil, ticarət və sərmayələr sahəsində dialoqun gücləndirilməsini təşviq edib.

www.RIA24.az