Baş prokuror: “Ötən il 19 zorlanma hadisəsi qeydə alınıb“

Siyasət


“2023-cü ildə Azərbaycanda 178 qəsdən adam öldürmə cinayəti qeydə alınıb”.

Oxu.Az-ın məlumatına görə, bunu baş prokuror Kamran Əliyev prokurorluq orqanları tərəfindən 2023-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Geniş Kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, bu rəqəm 2022-ci ildə 171 olub:

“2023-ci ildə 65 qəsdən adam öldürməyə cəhd və 318 qəsdən sağlamlığa ağır zərər vurma cinayəti baş verib. 2023-cü ildə 19 zorlama hadisəsi olub ki, 2022-ci ildə bu rəqəm 15 idi”.

O əlavə edib ki, 2023-cü ildə 317 mənimsəmə və israf etmə, 6951 oğurluq, 5622 dələduzluq, 204 soyğunçuluq, 71 quldurluq, 10057 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət baş verib”.

İlhamə Əbülfət

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir