Ceyhun Bayramov: “İrandakı səfirliyə edilən terror Azərbaycan üçün böyük zərbə idi”

Siyasət


“Bir il bundan öncə İrandakı səfirliyində baş verən terror aktı bütün xalqımız, Azərbaycan üçün böyük zərbə idi”.

“Report”un məlumatına görə bunu XİN rəhbəri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

“Bu gün həmin terror aktında şəhid olan Orxan Əsgərovu yad etdik. Burada Orxanla həmin terror zamanı birlikdə olan səfirlik əməkdaşları da iştirak etdilər.

Ən kəskin şəkildə bu akt pislənib, beynəlxalq təşkilatlar da mövqeyini ifadə edib”, – nazir qeyd edib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir