Növbədənkənar prezident seçkisi ilə əlaqədar qeydiyyatdan keçən müşahidəçilərin sayı açıqlandı

Siyasət


“Növbədənkənar prezident seçkisi ilə əlaqədar 80 minə yaxın müşahidəçi qeydiyyatdan keçib”.

Oxu.Az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ölkədə 6 300-dən çox seçki məntəqəsi var:

“Hər məntəqəyə 15-ə qədər müşahidəçi düşür. Əsas məqsəd odur ki, müşahidəçilər fəal olsunlar, müəyyən məsələlərə müdaxilə etmək səlahiyyətləri var”.

M.Pənahov söyləyib ki, beynəlxalq müşahidəçilərin sayı 800-ə çatır.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir