“Azərbaycan hökuməti Birinci Qarabağ Müharibəsində itkin düşən azərbaycanlılarla bağlı məsələni beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır”.
Oxu.Az-ın məlumatına əsasən, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Ermənistanın təcavüzü nəticəsində itkin düşən azərbaycanlılarla bağlı keçirilən konfransda deyib.
O bildirib ki, Ermənistanın aqressiyası nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşüb.
“Ermənistan təcavüz nəticəsində azərbaycanlıların əsir və girov götürülməsi təcrübəsindən geniş şəkildə istifadə edib”,- deyə o əlavə edib.
Aqşin Kərimov