Azərbaycan Yazıçılar Birliyinin (AYB) növbəti qurultayı oktyabrda Şuşada keçiriləcək.
APA-nın məlumatına görə, qurultayın Şuşada keçirilməsi təklifi ilə AYB sədri Anar çıxış edib.
Şuşada Vaqif Poeziya Günlərinin açılışında iştirak edən Anar Prezident İlham Əliyevlə söhbətdə qurultayın oktyabr ayında Şuşada keçirilməsini istədiklərini bildirib.
Prezident İlham Əliyev təklifi razılıqla qarşılayıb.
Anar qurultayda xaricdən də qonaqların iştirak edəcəyini deyib.
“Yaxşı olar. Yer də var burada keçirmək üçün”, – deyə Prezident qeyd edib.
Anar dövlət başçısına minnətdarlığını bildirib.
Qeyd edək ki, AYB-nin ali orqanı olan qurultay beş ildən bir çağırılır. Qurultay sonuncu dəfə 2014-cü keçirilib.
Ötən il aprel ayında çağırılması planlaşdırılan XIII qurultay pandemiya ilə əlaqədar oktyabr ayına keçirilmişdi.