Prezident işğaldan azad edildikdən sonra Şuşaya ilk səfərindən danışdı – VİDEO

Siyasət

Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şuşada dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin açılışında iştirak ediblər. 

Prezident İlham Əliyev çıxışı zamanı Şuşa işğaldan azad edildikdən sonra bura olan ilk səfərindən danışıb. 

O bildirib ki, müharibədən sonra Şuşaya ilk dəfə bu il yanvarın 14-də gəlməyi heç də təsadüfi deyil.

“Çünki o tarixdən 39 il əvvəl burada Ulu Öndərin iştirakı ilə Vaqifin məqbərəsi açılmışdı və məhz yanvarın 14-də mənim buraya gəlməyimin çox böyük rəmzi mənası var idi”, – deyə prezident qeyd edib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir