Prezident: “Gələn il Şuşanın 270-ci ildönümü qeyd ediləcək” – VİDEO

Siyasət

“Şuşa Azərbaycan şəhəridir. Şuşanın təməlini, – hamımız yaxşı bilirik, – 1752-ci ildə Pənahəli xan qoymuşdur və gələn il biz Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik”.

Bu sözləri Prezident İlham Əliyev Vaqif Poeziya Günlərinin açılış mərasimində çıxış edərkən deyib.

Prezident həm də bildirib ki, Şuşa Azərbaycan ruhunu saxlaya bildi:

“Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idik və biz gəldik”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir