Məntəqə sədri: “Füzuli camaatı seçki gününü səbirsizliklə gözləyir” – FOTO

Siyasət


Bütün Füzuli camaatı növbədənkənar prezident seçkisi gününü səbirsizliklə gözləyir.

Bunu “Report”un Füzuli şəhərinə ezam olunmuş əməkdaşına açıqlamasında 84 saylı Füzuli dairə seçki komissiyasının azad edilən Füzuli şəhərində yeni yaradılan 75 saylı məntəqə seçki komissiyasının sədri Ləman Məstalıyeva deyib.

O qeyd edib ki, sədrlik etdiyi məntəqədə növbədənkənar prezident seçkisi günü 1 354 nəfər seçici səs verəcək.

L.Məstalıyevanın sözlərinə görə, bu seçki xalq, dövlət üçün çox əlamətdar tarixi bir hadisədir:

“Ümumilikdə isə ölkəmizin ictimai-siyasi həyatında olduqca önəmli gündür. Lakin biz qarabağlılar üçün bu gün ikiqat bayramdır. Çünki uşaq ikən çıxdığımız doğma yurdumuza 30 il sonra geri dönmüşük. Bütün Füzuli camaatı həmin günü səbirsizliklə gözləyir və bir nəfər kimi seçkidə iştirak etmək arzusundadır. Ümid edirik ki, gözləntilərimiz özünü doğruldacaq və seçki günü yüksək seçici fəallığı müşahidə ediləcək”.

O vurğulayıb ki, məntəqə dekabr ayının 9-dan fəaliyyətə başlayıb:

“Mən və hər bir məntəqə üzvümüz Konstitusiyamıza və Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq vəzifə səlahiyyətlərimizi yerinə yetiririk. 7 fevral növbədənkənar prezident seçkisi günü də seçicilərimizin şəffaf şəkildə səsvermə hüququndan istifadə edə bilməsi üçün əlimizdən gələni edəcəyik”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir