Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyi Azərbaycanın sülhməramlılarına təşəkkür edib.
Bu barədə səfirliyin “Twitter” hesabında paylaşım edilib.
Paylaşımda bildirilir:
“Əfqanıstan hava limanında xidmət edən Azərbaycan sülhməramlılarına təşəkkür edirik! Azərbaycan sülhməramlılarına, ABŞ&NATO tərəfdaşlarının Kabil Hava Limanını təxliyələri zamanı təhlükəsizliyi təmin etməkdə kömək etdikləri üçün minnətdarıq. Əsgərlərin Azərbaycana salamat dönməklərinə sevindik!”
Əfqanıstan hava limanında xidmət edən Azərbaycan sülhməramlılarına təşəkkür edirik! AZ sülhməramlılarına, ABŞ&NATO tərəfdaşlarının Kabil Hava Limanını təxliyələri zamanı təhlükəsizliyi təmin etməkdə kömək etdikləri üçün minnətdarıq.Əsgərlərin AZ-na salamat dönməklərinə sevindik! https://t.co/2xwxyKTzvg
— U.S. Embassy Baku (@USEmbassyBaku) September 1, 2021