Azərbaycan Xarici İşlər Nazirliyi İrana başsağlığı verib.
Bu barədə Azərbaycan XİN-in “Twitter” hesabında bildirilib.
Qeyd olunub ki, Azərbaycan İranın Kürdüstan bölgəsində baş vermiş avtobus qəzası xəbərindən kədərlənib.
XİN ölənlərin ailələrinə başsağlığı verib, yaralıların tezliklə sağalmasını diləyib.
Qeyd edək ki, İranın Kürdüstan əyalətində baş verən yol qəzası zamanı 14 nəfər ölüb, yeddi nəfər isə yaralanıb.
Very saddened to hear news on minibus crash in Kordestan region of #Iran. We express our condolences to the families of those killed as a result of deadly accident and wish speedy recovery to the injured. @IRIMFA_EN
— MFA Azerbaijan ?? (@AzerbaijanMFA) September 2, 2021