Qızıl Aypara Cəmiyyətinin əməkdaşları Qarabağda erməniəsilli sakinlərə baş çəkiblər – FOTO

Siyasət


Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) əməkdaşları Qarabağ iqtisadi rayonunda erməniəsilli sakinlərə baş çəkiblər.

Bu barədə Oxu.Az-a AzQAC-dan məlumat verilib.

Görüş zamanı AzQAC əməkdaşları erməniəsilli sakinlərin yaşayış şəraiti ilə tanış olub, onların ehtiyac və qayğıları ilə maraqlanıblar. Görüş sakinlərin nəyə ehtiyacı olduğunu öyrənmək və onlara lazımi köməklik göstərmək məqsədilə təşkil olunub.

Bundan əlavə, AzQAC əməkdaşları Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Xankəndidəki ofisində həmkarları ilə görüşüblər. Görüşdə BQXK nümayəndələri Xankəndidəki fəaliyyətləri barədə ətraflı məlumat veriblər.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir