Növbədənkənar prezident seçkisi ilə əlaqədar bir sıra ölkələrin MSK rəhbərləri Azərbaycana gəliblər

Siyasət


Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisi ilə əlaqədar bir sıra ölkələrin mərkəzi seçki komissiyalarının sədrləri Azərbaycana gəliblər.

“Report”un xəbərinə görə, onlar arasında MDB-nin Baş katibi Sergey Lebedev və MDB katibliyinin rəhbəri Sergey Burutin, Monteneqro MSK-nın sədri Nikola Muqosa, İƏT baş katibinin siyasi məsələlər üzrə köməkçisi Yousef Aldobeay və İƏT Katibliyinin seçki müşahidə bölməsinin rəhbəri Şakir Mahmud Bandar, Gürcüstan MSK-nın sədri Giorgi Kalandarişvili və bir neçə üzvü, Qazaxıstan MSK-nın sədri Nurlan Abdirov və bir neçə nümayəndəsi, Ukrayna MSK və Maldiv MSK-nın üzvləri, MDB Parlament Assambleyasının nümayəndələri yer alırlar.

Qeyd edək ki, onların seçki ilə əlaqədar bir sıra rəsmi şəxslərlə görüşü gözlənilir.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir