“Nə qədər ki, içimizdəki ermənilər var, onlar xaricdə yaşayan qohumlarını üstümüzə qısqırdacaqlar…”

AKTUAL Cəmiyyət Gündəm Siyasət

“Azərbaycan xalqı çox ağıllı və tarixən qələbələrə nail olmuş xalqdır. Xalq da gördü ki, ölkə başçısıyla xalqın birliyi yaranıb və xarici dövlətlərdə də artıq soydaşlarımız ruhlanaraq mübarizəyə qatıldılar”
Bunu açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. H.Hacıyev xaricdə yaşayan soydaşlarımızı təmkinli olmağa səsləyib:
“Artıq Azərbaycan xalqının yatan əhval-ruhiyyəsi yenidən oyanıb. Bu bizə bir neçə gün öncə Bakıda keçirilən yürüşdə bəlli oldu. Bu elə bir ruhdur ki, bu coşqunun qarşısında heç kim dayana bilməyəcək. Bunun da əsas səbəbi odur ki, ölkə başçısının son vaxtlar apardığı kadr islahatları, hakimiyyətdə olan rüşvətxorların qovulması, bəzi məmurların nöqsanlarının üzünə deyilməsi millətdə bir ruh yüksəkliyi yaradıb. Azərbaycan xalqı çox ağıllı və tarixən qələbələrə nail olmuş xalqdır. Xalq da gördü ki, ölkə başçısıyla xalqın birliyi yaranıb və xarici dövlətlərdə də artıq soydaşlarımız ruhlanaraq mübarizəyə qatıldılar. Çox təəssüflər olsun ki, Elmar Məmmədyarov Azərbaycanın xarici siyasətinə elə zədə vurub ki, bu zədə uzun müddət sağalmayacaq, buna vaxt lazımdır. Bizim soydaşlarımızın ermənilərlə açıq mübarizəyə girməsi təqdirəlayiq haldır və ermənilərin qanı içiləsidir. Amma mən təklif edərdim ki, təmkinli olaq, ermənilər bizim düşmənlərimizdir, torpaqlarımızı işğal ediblər, istərdim ki, o mübarizəni biz Qarabağ torpağında edək. Bu istiqamətdə işlər görülməlidir və o əhval-ruhiyyəni heç kimə qurban verə bilmərik. Düşünürəm ki, Azərbaycanın xarici siyasəti bu günə qədər ölü bir vəziyyətdə olub. Ona görə bir daha təkrar edirəm ki, soydaşlarımız təmkinli olsunlar, təxribata uymasınlar. Biz ermənilərdən  qisasımızı Qarabağda almalıyıq. Ermənilərin vəhşiliyinin qarşısını almaqdan ötrü xalqımız bir olmalıdır, çünki onlar çox hiyləgər millətdir. Düşünürəm ki, Moskvada baş verən hadisələr qürurverici haldır, gənclərimizə eşq olsun deyirəm. O cümlədən digər dövlətlərdə də qisas alma əməliyyatı keçirilib, bu da lazımdır, amma bütün hallarda təmkinli olmalıyıq. Qoy ermənilər bizi böyük siyasi müstəvilərə çəkib azərbaycanlıların vəhşi olduğunu deməsinlər. Amma hər halda istərdim ki, içimizdəki ermənilərlə də mübarizə aparaq. Biz indiki vəziyyətdə cənab prezidenti tək qoya bilmərik. Onun komandası onu həmişə aldadıb və bu gün də aldada-aldada gedir. Müşavirədə ölkə başçısı Zeynal Nağdəliyevdən soruşur ki, “Neftçalada vəziyyət necədir?” Deyir ki, “soruşub sizə deyərəm”. Hansı ki, istənilən saatda məlumat vermək onun borcudur. Bu səbəbdən həm daxildə, həm də xaricdə çox böyük nöqsanlara yol vermişik və bunları düzəltmək isə asan məsələ deyil, amma hamımız Ali Baş Komandanın əmrinə tabe olmalı, onun yanında olmalıyıq. İçimizdə satqınlar, ermənilərlə qohumluq əlaqələri olanlar çoxdur. Vaxtilə biz o ermənilərin dəfnində də iştirak etmişik, onların çoxu bu gün vəzifə başındadırlar. Amma içimizdəki ermənilərə qarşı da mübarizə aparmaq lazımdır. Nə qədər ki, içimizdəki ermənilər var, onlar xaricdə yaşayan qohumlarına pas ötürüb, qürurlandırıb, üstümüzə qısqırdacaqlar. Biz bunları da düşünməliyik və ermənilərlə qohum olan məmur təbəqəsini təcili olaraq hakimiyyətdən uzaqlaşdırmalıyıq. Lazım gəlsə, onların adlarını da çəkə bilərik.  İstərdik ki, bu gün ölkə başçısının uğurlu və təkbaşına apardığı mübarizədə xalqımızın qüvvələri onun yanında olsunlar. Birliyimizi sonadək aparmalıyıq. Cənab prezidentin son aylar apardığı uğurlu siyasət nəticəsində erməni milləti təklənib və düşünürəm ki, biz də əməlimizlə ölkə başçısının yanında olub, ona dəstək olmalıyıq. Bəzi qüvvələr bu birliyi pozmağa çalışır, amma biz bunlardan da özümüzü qorumalıyıq”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir