Kəmaləddin Heydərov prezident seçkisində səs verdi – YENİLƏNİB + FOTO

Siyasət


Fövqəladə hallar naziri Kəmaləddin Heydərov növbədənkənar prezident seçkisində iştirak edib.

Oxu.Az-ın məlumatına görə, o, 17 saylı Yasamal 3-cü seçki dairəsinin 1 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.

10:32

Bakıda, 17 saylı Yasamal üçüncü seçki dairəsinin 1 saylı məntəqəsində növbədənkənar prezident seçkisi ilə əlaqədar səsvermə davam edir.

Oxu.Az-ın məlumatına görə, Azərbaycan Milli Olimpiya Komitəsinin və Atıcılıq Federasiyasının vitse-prezidenti Zemfira Meftahətdinova da səs verib.

09:37

Bakıda, 17 saylı Yasamal üçüncü seçki dairəsinin 1 saylı məntəqəsində səsvermə davam edir.

Oxu.Az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev də seçki məntəqəsinə gələrək səs verib.

09:13

Bakıda, 17 saylı Yasamal üçüncü seçki dairəsinin 1 saylı məntəqəsində səsvermə aktiv şəkildə davam edir.

Oxu.Az-ın məlumatına görə, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də məntəqəyə gələrək səsvermə hüququndan istifadə edib.

08:14

Bu gün səhər saat 08:00-dan etibarən 17 saylı Yasamal üçüncü seçki dairəsinin 1 saylı məntəqəsində səsvermə başlayıb.

Oxu.Az xəbər verir ki, dairə seçki komissiyasının sədri Süleyman Məmmədov bildirib ki, 17 saylı Yasamal üçüncü seçki dairəsi 1 saylı məntəqəsində 1 382 seçici var.

Seçki prosesinin başlanmasından qısa müddət keçməsinə baxmayaraq 17 saylı Yasamal üçüncü seçki dairəsinin 1 saylı məntəqəsində seçicilərin fəallığı müşahidə olunur.

Səsvermə axşam saat 19:00-a yekunlaşacaq.

Əlavə olaraq qeyd edək ki, seçki ilə əlaqədar olaraq fevralın 7-si qeyri-iş günüdür.

Şəhriyar Səmədov

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir