Prezident seçkisində xarici ölkələrdən ən çox səs verənlərin Türkiyədən olacağı gözlənilir

Siyasət


Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə əlaqədar xarici ölkələrdə yaradılan seçki məntəqələrində iştirak edən ən fəal seçicilərin olduğu ölkələrdən biri Türkiyədir.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat katibi Aygün Qocayeva bildirib.

O bildirib ki, Türkiyədə yaşayan və fəaliyyət göstərən minlərlə Azərbaycan vətəndaşı prezident seçkisi prosesində seçici olaraq iştirak etmək üçün öncədən səfirliyə müraciət edib. Həmin şəxslər konsulluq qeydiyyatından keçib və adları seçici siyahısına daxil olunub.

Seçki prosesində iştirak etmək üçün öncədən seçici kimi qeydiyyatdan keçənlərin sayına uyğun olaraq da seçki məntəqələri qurulub. Ona görə də seçki məntəqələrinin sayı əvvəlki illərlə müqayisədə dəfələrlə çoxdur.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir