“Bizim səfirliyin mədəniyyət mərkəzində yaradılmış seçki məntəqəsində hər şey yüksək səviyyədə idi”.
Bunu Baku TV-yə açıqlamasında Fransada yaşayan azərbaycanlı, Paris-Saklay Universitetinin elmi işçisi Günel Səfərova bu gün keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı fikirlərini bölüşərkən deyib.
O, səsvermə prosesindən razı qaldığını bildirib:
“100 il əvvəl Azərbaycan qadınına verilmiş səsvermə hüququndan istifadə etmək üçün seçki məntəqəsinə gəldim. Səsimi verdim və qürur hissi keçirirəm”.
Ətraflı Baku TV-nin süjetində:
www.RIA24.az