ATƏT müşahidəçiləri azad olunmuş ərazilərdə seçki prosesini izləyiblər – FOTO

Siyasət


Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisini müşahidə edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) və ATƏT-in Parlament Assambleyasının nümayəndə heyəti azad edilmiş ərazilərdə seçki prosesini izləyib.

APA xəbər verir ki, ATƏT DTİHB-nin müşahidəçiləri Larn Nayholm (Danimarka) və Yevgeni Luginov (Rusiya) Ağdam, Füzuli, Şuşa və Xankəndi şəhərlərində dairə seçki komissiyaları və məntəqələrə baş çəkiblər.

ATƏT Parlament Assambleyası nümayəndə heyətinin rəhbəri Artur Gerasimov və ATƏT PA-nın əməkdaşı Tim Knoblau da Şuşa, Xankəndi və digər ərazilərdə seçki prosesini izləyiblər.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir