Sosioloji Tədqiqatlar Mərkəzi (STM) Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı “exit poll”un nəticələrini açıqlayıb.
Oxu.Az-ın məlumatına görə, mərkəzin direktoru Natalya İsayeva bildirib ki, 25 seçki dairəsi üzrə 125 seçki məntəqəsində “exit poll” keçirilib:
“Exit poll” xüsusi hazırlanmış proqram ilə keçirilib və 5 min 16 nəfər iştirak edib”.
O qeyd edib ki, nəticələrin 24 faizi Bakı şəhərini əhatə edib:
“Nəticələrin 7,9 faizi Gəncə və Sumqayıt, 23,8 faizi kiçik rayon və qəsəbələri əhatə edib. “Exit poll”da iştirak edənlərin 52,2 faiz qadınlar, 48,8 faizi isə kişilər olub”.
N.İsayeva əlavə edib ki, respondentlətin 35,6 faizini 18-35 yaşlılar təşkil edib:
“Respondentlərin 38,9 faizi 36-55 yaş arası, 23,5 faizi isə 55 yaşdan yuxarı olub”.
O qeyd edib ki, “exit poll”un nəticələrinə görə, İlham Əliyev – 92,4 faiz, Fuad Əliyev – 0,4 faiz, Qüdrət Həsənquliyev – 1,6 faiz, Elşad Musayev – 0,8 faiz, Fazil Mustafa – 2 faiz, Razi Nurullayev – 0,6 faiz və Zahid Oruc – 2,2 faiz səs toplayıblar:
“Hazırkı nəticələrə görə, İlham Əliyev səs çoxluğuna görə liderdir”.
İlhamə Əbülfət
www.RIA24.az