Bakıda, 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 29 saylı seçki məntəqəsində də prezident seçkisi üzrə səsvermə aktiv şəkildə davam edir.
Oxu.Az xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakı şəhərinin 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 29 saylı seçki məntəqəsinə gəlib.
O da prosedurlara uyğun olaraq, qeydiyyatdan keçib, seçki bülletenini alıb. Daha sonra kabinəyə keçərək öz namizədinə səs verib və bülleteni qutuya atıb.
29 saylı seçki məntəqəsində 1 478 seçici qeydiyyata alınıb.
Qeyd edək ki, 29 saylı seçki məntəqəsinin sədri Kamalə Qədirovadır.
08:06
Azərbaycanda növbədənkənar prezident seçkisi ilə əlaqədar səsvermə prosesinə start verilib.
Oxu.Az xəbər verir ki, seçki prosesinin başladığı vaxtdan Bakı şəhərinin 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 28-29 saylı seçki məntəqəsində aktivlik müşahidə edilir.
23 saylı Nəsimi-Səbail seçki dairəsinin 28 saylı seçki məntəqəsində 1 489, 29 saylı seçki məntəqəsində isə 1 478 seçici qeydiyyata alınıb.
Məntəqədə səsvermənin gedişi müşahidəçilər tərəfindən izlənilir.
Seçicilər öncə qeydiyyat prosesindən keçiblər. Daha sonra isə seçki bülletenlərini alaraq seçdikləri namizədə səs verirlər.
Qeyd edək ki, Azərbaycanda 125 seçki dairəsi üzrə 6 319 seçki məntəqəsi var. Xarici ölkələrdə olan vətəndaşların səsverməsi üçün 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb.
Nəzrin Vahid
www.RIA24.az