Asiya Parlament Assambleyası Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinq keçirib.
Oxu.Az-ın məlumatına görə, assambleyanın baş katibi Məhəmməd Rza Məcidi prezident seçkisində yüksək səs toplayan İlham Əliyevi qalib olması münasibəti ilə təbrik edib.
Təşkilatın üzvü İlyas Topsakal bildirib ki, Bakı şəhərində altı seçki məntəqəsində və digər qəsəbələrdə müşahidələr aparıblar:
“Seçkidə səslərin sayılması prosesində də iştirak etdik. Seçkinin şəffaf keçməsinin şahidi olduq. Prezident İlham Əliyev bu seçkidə qələbə qazandı. Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirik. Türkiyə Böyük Millət Məclisinin millət vəkili olaraq da qardaş Azərbaycan xalqını təbrik edirəm”.
İlhamə Əbülfət
www.RIA24.az