Malayziya senatının sədr müavini Nur Cazlan Muhamed Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinq keçirib.
Oxu.Az-ın məlumatına görə, o bildirib ki, heç kimin səsvermə hüququna müdaxilə edilməyib:
“Bakıda beş, Bilgəh qəsəbəsində bir seçki məntəqəsində müşahidə apardım. Seçici aktivliyi yüksək səviyyədə idi. Əminik ki, seçkidən sonra Azərbaycan və Malayziya arasında dostluq və əməkdaşlıq daha da güclənəcək”.
www.RIA24.az