Kamboca parlamentinin nümayəndələri Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinq keçirib.
Oxu.Az-ın məlumatına görə, Kamboca parlamentinin deputatı Mosine Sos bildirib ki, müşahidəçilər səsvermə günü məntəqələr açılandan bitənə qədər bütün proseslərdə iştirak ediblər:
“Bütün baş çəkdiyimiz məntəqələrdə gördük ki, seçicilər üçün bütün lazımi şərait yaradılıb. Tələb olunan avadanlıqlar və materiallar təmin edilmişdi. Hesab edirik ki, Azərbaycanın aidiyyəti orqanları seçicilərin təhlükəsizliyinin və rahatlığının təmin olunması üçün bütün addımları həyata keçiriblər. Şəffaf proses təmin edilmişdi, müşahidəçilər üçün də hər şərait yaradılmışdı”.
O qeyd edib ki, Azərbaycanda seçki azad və şəffaf keçib:
“Bütün partiyalara seçkidə bərabər hüquq yaradılmışdı. Demokratik mühit yüksək səviyyədə idi. Heç bir pozuntu, zorakılıq, siyasi partiyalara diskriminasiya tətbiq edilməyib. Kamboca nümayəndə heyəti Azərbaycan xalqını demokratik və şəffaf seçkiyə görə təbrik edir”.
İlhamə Əbülfət
www.RIA24.az