Prezident seçkisində seçici fəallığı dəyişib, lider namizəd İlham Əliyev 92,12 faiz səs toplayıb

Siyasət


Növbədənkənar prezident seçkisində səsvermə ilə əlaqədar dairə seçki komissiyası protokolunun tərtib edilməsi və protokolun 1-ci nüsxəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim olunması prosesi davam edir.

APA-nın Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinə istinadən xəbərinə görə, daxil olan protokollardan sonra artıq seçkidə seçici fəallığı və prezidentliyə namizədlərin topladığı səslərdə dəyişiklik qeydə alınıb.

Hazırda dairələrdən daxil olan daxil olan protokolun 1-ci nüsxəsi və ona əlavə edilmiş sənədlərə əsasən, seçici fəallığı 76,43 faizdir. Namizədlərin topladığı səslər isə aşağıdakı kimidir:

– İlham Əliyev – 92,12 faiz (4 577 693 səs);

– Zahid Oruc – 2,17 faiz (107 877 səs);

– Fazil Mustafa – 1,98 faiz (98 623 səs);

– Qüdrət Həsənquliyev – 1,72 faiz (85 607 səs);

– Razi Nurullayev – 0,80 faiz (39 797 səs);

– Elşad Musayev – 0,66 faiz (32 956 səs);

– Fuad Əliyev – 0,53 faiz (26 561 səs).

Qeyd edək ki, fevralın 8-də 125 seçki dairəsi üzrə 6 537 məntəqədən 3 561-dən daxil olan nəticələrə əsasən, seçici fəallığı 76,73 faiz olub. 

İlkin nəticələrə əsasən, namizədlərin topladığı səslər aşağıdakı kimi olub:

– İlham Əliyev – 92,05 faiz;

– Zahid Oruc – 2,19 faiz;

– Fazil Mustafa – 2 faiz;

– Qüdrət Həsənquliyev – 1,76 faiz;

– Razi Nurullayev – 0,8 faiz;

– Elşad Musayev – 0,67 faiz;

– Fuad Əliyev – 0,53 faiz.

Xatırladaq ki, Seçki Məcəlləsinə əsasən, səsvermə günündən ən geci 2 gün keçənədək dairə seçki komissiyaları tərəfindən seçki dairəsi üzrə seçkinin nəticələrinin müəyyən olunması, dairə seçki komissiyası protokolunun tərtib edilməsi və protokolun 1-ci nüsxəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim olunması təmin edilməlidir. Növbədənkənar prezident seçkisi ilə əlaqədar bu proses fevralın 9-dan gec olmayaraq başa çatdırılmalıdır.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir