Paşinyan: “Ermənistan regionda kommunikasiyaların açılmasında qətiyyətlidir”

Siyasət

Ermənistan baş naziri Nikol Paşinyan bölgədə kommunikasiyaların açılması məsələsində qətiyyətli olduğunu deyib.

O hökumət iclasında xatırladıb ki, avqustun 24-də hökumətin 5 illik proqramını parlamentdə təqdim edərkən qonşu ölkələrlə münasibətlərin dərinləşdirilməsi və ya normallaşdırılmasının Ermənistan hakimiyyəti üçün ən vacib istiqamətlərindən biri olacağını bildirmişdi.

“Bildiyiniz kimi, yenidən baş nazir vəzifəsinə seçildikdən sonra artıq İrana səfərim baş tutdu və bu gün Gürcüstana gedirəm.

Həm İran, həm də Gürcüstanla müzakirə olunan məsələlərin gündəliyində regional kommunikasiyaların inkişafı mövzusu ciddi rol oynayır və bu kontekstdə Şimal-Cənub mövzusuna önəm verirəm”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, Ermənistanın Rusiya və İranla dəmir yolu əlaqəsi qurması son dərəcə vacibdir. Bu məsələnin üçtərəfli formatda (Ermənistan, Rusiya, Azərbaycan) həlli üçün kommunikasiyaların açılması mövzusu müzakirə olunur.

“Bakının da Naxçıvanla əlaqə qurmaq istədiyini anlayaraq, konkret nəticələr əldə etmək üçün səy göstərməyə qərarlıyıq və hazırıq”, – deyə Paşinyan qeyd edib.

Paşinyan əlavə edib ki, Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı gündəm də vacibdir:

“Bunun üçün lazımi şəraitin yaradılmasına görə səy göstərməyə davam edirik”.

Mənbə: “Sputnik Ermənistan”

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir