Mərkəzi Seçki Komissiyası 2024-cü il fevralın 7-də keçirilmiş prezident seçkisinin nəticələri barədə protokolu müvafiq sənədlərlə birlikdə seçkilərin nəticələrinin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edib.
APA-nın xəbərinə görə, Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Prezident seçilmiş şəxs Prezident seçkisinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq üç gün ərzində and içir.
Qeyd edək ki, MSK bu gün növbədənkənar prezident seçkisinə yekun vurub. Seçkilərdə iştirak etmiş seçicilərin 92,12 faizinin səsini (4 567 458 səs) qazanan İlham Əliyev qalib elan edilib.
www.RIA24.az