Xankəndiyə polis rəisi təyin edildi

Siyasət


Polis polkovniki Zaur Nəsirov Xankəndi Şəhər Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Qeyd edək ki, bundan əvvəl Zaur Nəsirov Göygöl Rayon Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.

www.RIA24.az