Zakir Həsənov Türkiyə prezidenti ilə görüşüb – FOTO

Siyasət

Türkiyəyə səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Bu barədə Türkiyə Prezident Administrasiyasından məlumat verilib.

Görüşdə Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev də iştirak edib.

Qeyd edək ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, nazirin birinci müavini – Azərbaycan Ordusunun baş qərargah rəisi general-leytenant Kərim Vəliyev və nazir müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Türkiyənin müdafiə naziri Hulusi Akarın dəvətilə bu ölkədə səfərdədir.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir