Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib.
“Bu gün Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin 103-cü ildönümüdür.
Bu mənalı gündə Qafqaz İslam Ordusunun qalib komandiri Nuru Paşanı, onun qəhrəman ordusunu və Qafqazın qəlbində mərhəmət və minnətdarlıqla yatan minlərlə şəhidimizi anırıq”, – deyə o, “Twitter” hesabında qeyd edib.
Bugün Bakü’nün Bolşevik ve Ermeni çetecilerin işgalinden kurtuluşunun 103.yıldönümü.
Bu anlamlı günde Kafkas İslam Ordusu’nun muzaffer kumandanı #NuriPaşa’yı, kahraman ordusunu ve Kafkasların bağrında yatan binlerce şehidimizi rahmetle şükranla anıyoruz.?????#TekMilletİkiDevlet pic.twitter.com/aH38ObJhwo— Cahit Bağcı (@CahitBagci) September 15, 2021