İran quru sərhədlərinə hasar çəkməyə hazırlaşır.
“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə İran Quru Qoşunlarının komandanı Kiyumars Heydəri bəyan edib.
O, İranın mehriban qonşuluğa həmişə hörmətlə yanaşdığını, heç vaxt qonşu ölkələri təhdid etmək, onların ərazisinin bir qarışını belə zəbt etmək və ələ keçirmək niyyətində olmadığını bildirib.
“Amma davamlı təhlükəsizliyin təmin edilməsi İran silahlı qüvvələrinin çiyinlərində duran missiyadır. Bu, bəzən dron, ya kameralarla, bəzən də fiziki mövcudiyyət və sərhədlərdə divar çəkilməsi ilə həyata keçirilir”, – deyə o bildirib.
Heydəri vurğulayıb ki, sərhədlərdə təhlükəsizliyin necə qorunacağı məsələlərinə İran dövləti qərar verir.
“Biz sərhədlərimizi çəkmək istəyirik və bunu da həyata keçiririk. Bu, qonşu ölkələrə qarşı haqsızlıq deyil. Çünki bütün ölkələrdə öz səlahiyyəti və planı əsasında sərhəd çəkmək adi haldır”.
www.RIA24.az