Baku TV-də yayımlanan “Rəsmilər” verilişinin yeni buraxılışı efirə gedib.
Verilişin budəfəki sayının qonağı Macarıstanın Azərbaycandakı səfiri Tamaş Yojef Torma olub.
Diplomat iki ölkə arasındakı əlaqələri qiymətləndirib, gələcəkdə Macarıstanın Türk Dövlətləri Təşkilatının daimi üzvü olub-olmayacağı ilə bağlı suala aydınlıq gətirib.
Səfir proqramda həmçinin Macarıstanın Qarabağın bərpasındakı rolu ilə bağlı sualı cavablandırıb, eləcə də Azərbaycanın separatizm üzərində qələbə çalaraq beynəlxalq ədaləti bərpa etməsi müzakirə olunub.
Ətraflı videonu təqdim edirik:
www.RIA24.az