Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Əməkdar artist Yaqub Zurufçunun dəfn mərasiminə əklil göndərib.
Oxu.Az-ın məlumatına görə, əklil Y.Zurufçunun məzarı önünə qoyulub.
Qeyd edək ki, Y.Zurufçu dünən “Yeni klinika”da koronavirusdan vəfat edib.
65 yaşlı Əməkdar artist bu gün “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.