“NATO Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına qətiyyətlə dəstək verir”.
Bu barədə NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Ermənistan və Azərbaycanın yenidən yüksək səviyyədə görüşməsini və uzunmüddətli sülh müqaviləsi istiqamətində danışıqların davam etdirilməsinin zəruriliyi barədə razılığa gəlməsini görmək həqiqətən çox vacibdir. NATO Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına güclü dəstək verir”, – deyə Xavyer Kolomina bildirib.
Very important indeed to see #Armenia and #Azerbaijan meeting again at the highest level and agreeing on the need to continue the talks towards a long lasting peace treaty. #NATO strongly supports the normalisation of relations between 🇦🇲 and 🇦🇿 https://t.co/p9zHREtY7F
— Javier Colomina (@JavierColominaP) February 18, 2024
www.RIA24.az