Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahid Bağçı şanlı ordumuzun Şuşa şəhərini mənfur düşməndən azad edərkən istifadə etdiyi cığır-yolun əbədiləşdirilməsi məqsədilə tikilən və dövlət başçımız tərəfindən “Zəfər Yolu” adlandırılan avtomobil yolundan paylaşım edib.
Bağçı “Twitter” hesabından fotoları “Adı “Zəfər Yolu”dur. Qarabağ Azərbaycandır” qeydi ilə paylaşıb.