“Azərsilah” Müdafiə Sənayesi Holdinqi”nin Nizamnaməsi və strukturu təsdiqlənib

Siyasət


“Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Nizamnaməsinin, strukturunun və işçilərinin say həddi təsdiq edilib.

Oxu.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, QSC-nin işçilərinin say həddi 118 ştat vahidi müəyyən edilib.

“Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi ilə buradan tanış olmaq mümkündür.

Qurumun strukturuna QSC-nin aparatı, “İqlim Elmi-İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Sənayecihaz” Elmi-İstehsalat Müəssisəsi, eləcə də Təsərrüfat cəmiyyətləri, idarə, filial və nümayəndəliklər daxildir.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir