Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin TEKNOFEST-də (Aerospace and Technology Festival) Bosfor boğazı üzərindən uçuşundan paylaşım edib.
Fotolar nazirliyin “Twitter” səhifəsində paylaşılıb.
Çox sürprizlərin və rəngarəng şouların olacağı TEKNOFEST-də “Akıncı” və “Aksungur” pilotsuz uçuş aparatları, “Gökbey” və “Atak” helikopterləri, “Bayraktar TB2” və “Hürkuş” kimi Türkiyənin yerli və milli imkanları ilə istehsal olunan müdafiə sənayesi vasitələri nümayiş etdiriləcək.
Bu il Azərbaycanın TEKNOFEST-ə geniş iştirak gözlənilir.
Qeyd edək ki, TEKNOFEST 21-26 sentyabr tarixləri arasında Türkiyənin İstanbul şəhərində keçirilir.
Mənbə: “TRT Haber”