İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırıldı

Siyasət

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında yaşıllıqların salınması sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 iyun tarixli 2868 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama dəyişikliklə 2.1-1-ci bənd əlavə edilib.

Yeni bəndə əsasən, Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” Açıq Səhmdar Cəmiyyətin nizamnaməsinin təsdiq edilməsi və nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi və idarəetmə orqanlarının yaradılması tapşırıqları verilib.

Daha bir dəyişikliklə isə Cəmiyyətin nümayəndəlik və filiallarının yaradılması və ya ləğv edilməsinə, tabeliyində olan hüquqi şəxs statuslu qurumların yaradılması, yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi və qanunvericiliklə nəzərdə tutulmuş digər səlahiyyətlərin həyata keçirilməsi səlahiyyəti İqtisadiyyat Nazirliyinə tapşırılır.

Qeyd edək ki, dəyişiklikdən əvvəl bu səlahiyyətlər Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilmişdi.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir