Vətən müharibəsinin ildönümündə informasiya təxribatları çoxala bilər – ŞƏRH

Siyasət

Azərbaycan Vətən müharibəsində Ermənistan üzərində qələbə qazandıqdan sonra regionda əməkdaşlıq platformasının yeni formatı yaranıb.

Postmüharibə dövründə yeni nəqliyyat-kommunikasiya marşrutlarının açılması yönündə atılan addımlar Azərbaycanın və Türkiyənin əvvəllər də həyata keçirdiyi enerji layihələrindən əldə etdiyi iqtisadi gücünü daha da möhkəmləndirir.

Vətən müharibəsinin ildönümü yaxınlaşır, ölkə böyük qürur hissi ilə sentyabrın 27-nə hazırlaşır. Lakin Azərbaycanın Ermənistanla mütləq sülhə çatmaq yolunda atdığı addımlar, yürüdülən siyasət, xalqın dövlətə dəstəyini həzm edə bilməyən qüvvələri də hərəkətə gətirir. Onlar hər vəchlə informasiya təxribatlarına hazırlaşırlar.

Hədəfə çatmaqları üçün mümkün ssenarilər:

1. İnformasiya təxribatları Azərbaycanın qələbəsinə kölgə salsın, cəmiyyətdə ruh düşkünlüyü yaransın;

2. Cəmiyyətin düşüncələri başqa səmtə yönəldilsin, dezinformasiyalar dövriyyə salınsın;

3. Qarabağda hər hansı statusa dair mövzular gündəmə gətirilsin;

4. Beşinci kolonun resurslarından istifadə edilsin;

5. Azərbaycanın haqlı mövqeyinə dəstək verən ictimai-siyasi şəxslər hədəfə gətirilsin;

Əsas məqsəd və hədəflərin dairəsinə aid siyahını genişlədə bilərik, lakin əsas məğzi çatdırdığımızı düşünüb rəqəmlərin sayını çoxaltmayacağıq.  

Artıq təxribatların cücərən toxumlarını görürük, onlar nədənsə Vətən müharibəsinin ildönümündə sürətlə yetişir.

Birini qeyd edək, onunla məsələ daha da aydın olacaq: Fikir verirsinizsə, son günlər rəsmi şəkildə yenə də arxaik terminlərə söykənərək “Dağlıq Qarabağın statusu” məsələsi qabardılır.

Buna öyrəncəliyik, hərçənd ki, Vətən müharibəsindən sonra o bəyanatlar heç bir əhəmiyyət qazanmayıb, bunun Ermənistana praktiki təsirləri olmayıb.

Təxribatlar üçün digər platforma isə mətbuatdır. Artıq Almaniya mətbuatında sentyabr ayında intensiv işlərə başlanılıb, burada jurnalistikadan çox təbliğatın nəfəsini duymaq mümkündür.

Azərbaycandakı xalq-ordu birliyindən, əhalinin Prezident İlham Əliyevi dəstəkləməsindən, Azərbaycanın müttəfiqi Türkiyə, Pakistanla birgə təlimlər keçirməsindən narahat olan qüvvələrin informasiya təxribatlarına uymamaq lazımdır.

İnformasiya təhlükəsizliyi baxımından təxribatların ayaq açıb yeriməsinə imkan verməmək lazımdır.

Bunun üçün ən sadə düstur: Həqiqətlə yalanın, doğru məlumatla saxta xəbərlərin sərhədlərini müəyyən edib düzgün nəticələr çıxarmaq lazımdır.

Aqşin Kərimov

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir