Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.
Paylaşım qurumun “X” hesabında dərc edilib.
“26 Fevral 1992-ci ildə Ermənistan silahlı birlikləri tərəfindən Azərbaycanın Xocalı şəhərində məsum mülki şəxslərə qarşı gerçəkləşdirilən qətliamı lənətləyirik.
O gün yaşanan vəhşət insanlıq tarixinə qara bir ləkə olaraq keçib.
Xocalıda öldürülən 613 nəfər qardaşımızın və o gün yaralanan, əsir alınan və ya itkin düşən bütün azərbaycanlıların kədəri hələ ürəyimizdədir.
Xocalı qətliamında həyatlarını itirənlərə Allahdan rəhmət diləyir, Azərbaycan xalqına bir daha başsağlığı veririk”, – Türkiyə XİN-in məlumatında qeyd olunur.
Regarding the 32nd Anniversary of the Khojaly Massacre https://t.co/uw279e05Me pic.twitter.com/tgsn272RpN
— Turkish MFA (@MFATurkiye) February 26, 2024
www.RIA24.az