“Bu gün biz Azərbaycan xalqının kədərini paylaşaraq 1992-ci ildə Xocalıda qətlə yetirilən yüzlərlə insanın xatirəsini yad edirik”.
ABŞ-nin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mark Libbinin Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar sözləri səfirliyin “X” hesabından paylaşılıb.
O, ölkəsinin adından Xocalıda həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verdiyini və Xocalıdan olan məcburi köçkünlərin kədərini bölüşdüyünü vurğulayıb.
“Bu gün biz azərbaycan xalqının kədərini paylaşaraq, 1992-ci ildə Xocalıda qətlə yetirilən yüzlərlə insanın xatirəsini yad edirik. Mən ABŞ-ın adından Xocalıda həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm və Xocalıdan olan məcburi köçkünlərin kədərini bölüşürəm.… pic.twitter.com/GPaDKaY20X
— U.S. Embassy Baku (@USEmbassyBaku) February 26, 2024
www.RIA24.az