MDB Hökumət Başçıları Şurasının iclasının tarixi açıqlandı

Siyasət


Mayın 24-də Türkmənistanın paytaxtında MDB Hökumət Başçıları Şurasının iclası keçiriləcək.

Bu barədə qurumun İcraiyyə Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Birliyə üzv dövlətlərin Daimi Səlahiyyətli Nümayəndələri Şurasının üzvləri fevralın 27-də Minskdə keçirilən iclasda MDB Hökumət Başçıları Şurasının mayın 24-də Aşqabadda keçiriləcək növbəti iclasının gündəliyi layihəsinə dair təkliflərə baxacaqlar.

Qeyd edək ki, MDB Hökumət Başçıları Şurasının əvvəlki iclası 2023-cü il oktyabrın sonunda Bişkekdə baş tutub. Həmin vaxt iclasda Rusiya, Belarus, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Tacikistan hökumət başçıları, Azərbaycan, Ermənistan və Türkmənistanın baş nazirlərinin müavinləri, həmçinin Avrasiya İqtisadi İttifaqının strukturlarının və Birlik İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.

Mənbə: TASS

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir