“Azərbaycanda multikulturalizmi bir həyat tərzi olaraq dəstəkləyirik. Azərbaycan tolerantlığın, müxtəlif etnik qrupların və dinlərin sülh şəraitində yaşamasının nümunəsidir ”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında videomüraciət formatında çıxışı zamanı deyib.
Prezident 2008-ci ildə dünyada sülhün və mədəniyyətlər arasında dialoqun qurulması məqsədilə “Bakı Prosesi” təşəbbüsünü xatırladıb.