Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndələri Türkiyədə keçdikləri kursu uğurla başa vurublar.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” hesabında qeyd edilir.
“İstanbulun Beykoz ərazisindəki Xilasetmə və Sualtı Komandanlığında Azərbaycan və Somali Dəniz Qüvvələrinin personalı tərəfindən uğurla tamamlanan “Beynəlxalq Dalğıc Kursu”nun məzuniyyət mərasimi təşkil edilib”, – deyə bildirilir.
İstanbul Beykoz’da bulunan Kurtarma ve Sualtı Komutanlığında, Azerbaycan ile Somali Deniz Kuvvetleri personelinin başarıyla tamamladığı “Uluslararası Dalgıç Kursu”nun mezuniyet töreni icra edildi.#MSB #TSK pic.twitter.com/iUIR9N6z64
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) September 24, 2021