Baş direktor: “Kaan” hərbi təyyarəsinin bir parçası Azərbaycanda istehsal olunur”

Siyasət


“Artıq Azərbaycan öz müdafiə sənayesini qurub, gələcəkdə daha da güclənəcəyinə inanıram. İstehsalatda bacarıqlı insanlarınız var. “Kaan” beşinci nəsil hərbi təyyarəmizin bir parçasını da Azərbaycan istehsal olunur. Yəni, “Kaan”da Azərbaycandan bir parça var”.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Aviasiya və Kosmos Sənayesi şirkətinin (TÜSAŞ) Baş direktoru Temel Kotil deyib.

“TÜSAŞ olaraq Azərbaycanla çox sıx əlaqələrimiz var. Aramızda ortaq anlaşmalar da imzalanıb. İşlərimizi çox sıx münasibətlərlə davam etdirəcəyik. Azərbaycandakı müəssisələri də gedib gördük. Azərbaycan gənclərinin bizimlə işləməsini çox istəyirik”, – deyə Baş direktor bildirib.

Qeyd edək ki, ötən ay Türkiyənin yerli istehsalı olan beşinci nəsil “Kaan” hərbi təyyarəsinin ilk uçuşu müvəffəqiyyətlə həyata keçirib. Təyyarənin 2028-ci ildən kütləvi istehsalına başlanılması nəzərdə tutulur.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir